Xristianlıq
geri

ZƏBUR 149

1Rəbbə həmd edin! Rəbbə yeni bir ilahi oxuyun, Möminlər camaatı arasında Ona həmd edin!

2İsrail nəsli Yaradanına görə sevinsin, Sion övladları Padşahına görə şad olsun!

3Rəqslərlə isminə həmd edin, Dəflə, lira ilə Onu tərənnüm edin!

4Çünki Rəbb Öz xalqından zövq alar, Zəfəri ilə itaətkarların üstünə yaraşıq salar.

5Bu şərəfə görə qoy möminlər sevinsinlər, Yataqlarında belə, Onu tərənnüm etsinlər.

6Dilləri ilə Allahı ucaltsınlar, Əllərində ikiağızlı qılınc tutsunlar.

7Millətləri qıraraq qisas alsınlar, Ümmətləri cəzalandırsınlar.

8Padşahlarına zəncir vursunlar, Sərkərdələrini dəmir buxovlara salsınlar.

9Onlar üçün yazılan hökmü yerinə yetirsinlər, Rəbbin bütün möminləri bununla şərəflənsinlər. Rəbbə həmd edin!

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath