ZƏBUR 143
1Ya Rəbb, eşit duamı, yalvararkən məni dinlə, Mənə sədaqətin, salehliyin naminə cavab söylə.
2Qulunu məhkəməyə çəkmə, Bu bəşəriyyət içindən kimsə qarşında saleh çıxmaz.
3Məni düşmən təqib etdi, Yerə vurdu, həyatım əldən getdi. Sanki lap çoxdan ölənlərin biriyəm, Bu düşmən məni zülmətə saldı.
4Ona görə ruhdan düşmüşəm, Bu dəhşət qəlbimi sarsıtdı.
5Qədim dövrlər yadıma düşür, Sənin bütün işlərini dərindən düşünürəm, Əməllərin barədə hey fikirləşirəm.
6Sənə sarı əllərimi açmışam, Bir quraq torpaq kimi Sənin üçün susamışam. Sela
7Ya Rəbb, mənə tez cavab ver, Çünki ürəyim çəkilir. Üzünü məndən gizlətmə, Qoyma qəbirə düşən insanlara bənzəyim.
8Hər səhər məhəbbətini mənə hiss etdir, Çünki Sənə güvənirəm. Gedəcəyim yolu mənə öyrət, Çünki varlığımı Sənə verirəm.
9Ya Rəbb, məni düşmənlərdən qurtar, Sənə pənah gətirirəm.
10Mənə Sənin iradənə əməl etməyi öyrət, Çünki mənim Allahım Sənsən. Sənin Ruhun yaxşıdır, Düz yer üçün mənə yol göstər.
11Ya Rəbb, mənə ismin naminə həyat ver, Salehliyin naminə canımı dardan qurtar.
12Məhəbbətin naminə yağılarımı məhv et, Canıma düşmən olanları qır, çünki mən Sənin qulunam.
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath