Xristianlıq
geri

ZƏBUR 137

1Babil torpağında olanda Sionu yada salardıq, Çay kənarında oturaraq ağlayardıq,

2Liralarımızı söyüd ağaclarından asardıq.

3Bizi əsir edənlər Nəğmə oxumağımızı əmr edirdilər, Bizə zülm verənlər Onları şənləndirməyimizi istəyirdilər, «Bizim üçün Sion nəğmələrini oxuyun» deyirdilər.

4Axı yad ölkədə Rəbbin nəğmələrini necə oxuyaq?

5Ey Yerusəlim, əgər səni unutsam, Qoy sağ əlim qurusun.

6Ey Yerusəlim, Səni anmasam, ən böyük sevincim olmasan, Qoy dilim damağıma yapışsın.

7Ya Rəbb, Edomluları bir yada sal, Məğlubiyyət günü Yerusəlimdən danışırdılar, Deyirdilər: «Gəlin oranı uçuraq, təməlindən dağıdaq!»

8Ey Babil qızı, xaraba qalacaqsan. Bizə etdiyinin əvəzini sənə verən qoy bəxtiyar olsun!

9Körpələrini daşa çırpıb öldürən bəxtiyar olsun!

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath