ZƏBUR 136
1Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir!
2Allahların Allahına şükür edin, Çünki məhəbbəti əbədidir!
3Hökmranların Hökmranına şükür edin, Çünki məhəbbəti əbədidir!
4Yalnız Odur böyük xariqələr yaradan, Çünki məhəbbəti əbədidir!
5Odur göyləri hikməti ilə quran, Çünki məhəbbəti əbədidir!
6Odur yerin təməlini sular üstündə qoyan, Çünki məhəbbəti əbədidir!
7Odur böyük işıqları yaradan, Çünki məhəbbəti əbədidir!
8Gündüzü günəşin hökmü altına saldı, Çünki məhəbbəti əbədidir!
9Gecə ay-ulduzların hökmü altında oldu, Çünki məhəbbəti əbədidir!
10O, Misirlilərin ilk oğullarını qırdı, Çünki məhəbbəti əbədidir!
11İsrail nəslini Misirlilərin arasından çıxartdı, Çünki məhəbbəti əbədidir!
12İsrailliləri qüdrətli əli, uzanan qolu ilə apardı, Çünki məhəbbəti əbədidir!
13Qırmızı dənizi iki yerə yardı, Çünki məhəbbəti əbədidir!
14İsrailliləri dənizin ortasından keçirtdi, Çünki məhəbbəti əbədidir!
15Fironla ordusunu Qırmızı dənizdə batırdı, Çünki məhəbbəti əbədidir!
16O, xalqını səhrada apardı, Çünki məhəbbəti əbədidir!
17O, böyük padşahları vurdu, Çünki məhəbbəti əbədidir!
18O, güclü padşahları qırdı, Çünki məhəbbəti əbədidir!
19Emor padşahı Sixonu vurdu, Çünki məhəbbəti əbədidir!
20Başan padşahı Oqu öldürdü, Çünki məhəbbəti əbədidir!
21Onların torpaqlarını irs olaraq verdi, Çünki məhəbbəti əbədidir!
22Bu yerləri qulu İsrail nəslinin mülkü etdi, Çünki məhəbbəti əbədidir!
23O, miskin halımızda bizi yaddan çıxarmadı, Çünki məhəbbəti əbədidir!
24Bizi düşmən əlindən qurtardı, Çünki məhəbbəti əbədidir!
25O, bəşəriyyətə ruzi verir, Çünki məhəbbəti əbədidir!
26Göylərin Allahına şükür edin, Çünki məhəbbəti əbədidir!
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath