Xristianlıq
geri

ZƏBUR 12

1Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb, Bəşər övladları arasında vəfalılar qurtarıb.

2Hər kəs başqasına yalan söyləyir, Ağzı yalan danışır, ikiüzlülük edir.

3Qoy Rəbb yalan danışan hər ağzı yumsun, Hər lovğa dili kəssin!

4Onlar deyir ki, biz dilimizlə zəfər çalacağıq. Bu ağız bizdədirsə, kim bizə ağalıq edə bilər?

5Rəbb deyir: «İndi qalxacağam, Çünki fəqirlərə zülm edilir, Məzlumlar nalə çəkir, qurtuluş istəyir. Mən bunu onlara verəcəyəm».

6Rəbbin kəlamları pakdır, Kürədə əridilən, yeddi dəfə təmizlənən gümüş kimidir.

7Sən, ya Rəbb, onları qoru, Bu nəsildən onların hər birini əbədilik hifz et.

8Bəşər övladları arasında namərdlik artarkən Hər yanda pislər gəzər.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath