ZƏBUR 120
1Dar gündə Rəbbi səslədim, O mənə cavab verdi.
2Dedim: «Ya Rəbb, yalançı dodaqlardan, Fitnəkar dillərdən canımı qurtar».
3Ey fitnəkar dil, sənə nə veriləcək? Bu işinin əvəzi nə ilə ödəniləcək?
4Cəngavərin iti oxları ilə, Süpürgə ağacının odlu közləri ilə!
5Yazıq canım, Meşekdə qərib olmuşam, Qedar çadırlarında yaşayıram!
6Mənim belə yerdə, Sülhə nifrət edənlərin içində yaşamağım bəsdir.
7Mən sülh sevirəm, buna görə danışıram, Onlarsa müharibə üçün çalışır.
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath