Xristianlıq
geri

ZƏBUR 108

1Ey Allahım, qəlbim Sənə möhkəm bağlanıb, Qoy bütün varlığımla ilahi oxuyum, Səni tərənnüm edim.

2Ey çəng və lira, oyan! Qoy səhəri oyadım.

3Ya Rəbb, xalqlar arasında Sənə şükür edəcəyəm. Ümmətlər arasında Səni tərənnüm edəcəyəm.

4Məhəbbətin böyükdür, göylərdən ucadır, Sədaqətin buludlara çatır.

5Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun!

6Sevdiyin insanların xilas olması üçün Sağ əlinlə bizi qurtar, mənə cavab ver!

7Allah Öz müqəddəs məskənindən belə söylədi: «Şekemi sevinclə bölüşdürəcəyəm, Sukkot dərəsini böləcəyəm.

8Gilead torpağı Mənimdir, Menaşşe torpağı Mənimdir, Efrayim başımın dəbilqəsidir, Yəhuda Mənim əsamdır.

9Moav yuyunmaq üçün ləyənimdir, Çarığımı ataraq Edomu tutacağam, Zəfər harayını Filiştə salacağam».

10Kim məni istehkamlı şəhərə apara bilər? Edoma qədər kim mənə yol göstərə bilər?

11Ay Allah, niyə bizi atmısan? Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?

12Düşmənin qarşısında bizə imdad et, Çünki insanın köməyi puçdur.

13Allahın köməyi ilə şücaət göstərəcəyik, O, düşmənlərimizi tapdalayacaq!

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath