SÜLEYMANIN MƏSƏLLƏRİ 9
1Hikmət evini qurub, Yeddi dirəyini yonub,
2Heyvanlarını kəsib, Şərabını hazırlayıb, Süfrəsini də düzəldib.
3Göndərdiyi kənizlər Şəhərin uca yerlərindən car çəkərlər:
4«Gəlin bura, ey cahillər!» Qanmazlara belə deyərlər:
5«Gəlin, çörəyimdən yeyin, Hazırladığım şərabdan için.
6Cəhaləti atın, ömür sürün, İdrak yolu ilə düz gedin».
7Rişxəndçini tənqid edən özünü rüsvayçılığa salar, Şər adamı danlayan axırda ləkələnər.
8Rişxəndçini danlama, yoxsa sənə nifrət edər, Müdrik insanı danlasan, səni sevər.
9Hikmətliyə öyüd versən, hikmətini artıracaq, Salehə bilik öyrətsən, müdrikliyini çoxaldacaq.
10Rəbb qorxusu hikmətin başlanğıcıdır, Müqəddəsi tanımaq idraklı olmaqdır.
11Hikmətin vasitəsilə ömrün-günün çoxalar, Həyatına illər əlavə olar.
12Əgər hikmət qazansan, özünə xeyir verərsən, Əgər rişxənd etsən, zərərini özün çəkərsən.
13Axmaq qadın hay-küy salır, Cahildir, heç nə qanmır.
14O, evinin qapısı önündə oturub, Şəhərin uca yerlərində kətil üstə əyləşib,
15Yoldan ötənləri, Düz yolda olanları çağırır:
16«Bura gəlin, ey cahillər!» Qanmazlara belə deyir:
17«Oğurluq su şirin olar, Gizli yeyilən çörəyin başqa ləzzəti var».
18Lakin yanına gələnlər bilməzlər ki, Orada ölüm var, Bu qadının çağırdıqları ölülər diyarının dərinliyindədir.
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath