SÜLEYMANIN MƏSƏLLƏRİ 5
1Oğlum, mənim hikmətimə diqqət yetir, Qulağını müdrik sözlərimə tərəf çevir.
2Onda dərrakəyə bağlanarsan, Dilin biliyi kənara atmaz.
3Əxlaqsız qadının dodağından sanki bal axır, Dili şirin, yağdan yumşaqdır.
4Amma aqibəti yovşan kimi acıdır, İkiağızlı qılınc kimi kəskindir.
5Onun ayaqları ölümə aparır, Onun addımları ölülər diyarına çatır.
6Həyat yoluna fikir vermir, Yolları dolaşıqdır, özü də bilmir.
7İndi, ey övladlar, mənə qulaq asın, Dilimdən çıxan sözlərdən yayınmayın.
8Belə qadından uzaq ol, Evinin qapısına yaxın getmə.
9Yoxsa şərəfini yadlara verərsən, Ömrünü zalımlara sərf edərsən.
10Sənin var-yoxunu yadlar yeyər, Qazancın özgənin evinə gedər.
11Ömrünün sonu çatanda, Canında taqət qalmayanda Ah-nalə çəkərək belə deyərsən:
12«Mən də tərbiyəyə nifrət etdim, Ürəyimdə məzəmmətlərə güldüm!
13Müəllimimin sözünə baxmadım, Tərbiyəçilərimə qulaq asmadım.
14Camaatın və icmanın arasında Az qala hər cür bəlaya düşəcəkdim».
15Öz su anbarından, Öz quyunun içməli suyundan iç.
16Niyə sənin qaynaqların küçələrə, Su arxların meydanlara axıb getsin?
17Onlar yalnız səninki olsun, Yadlara paylama.
18Qoy çeşmən bərəkətli olsun, Gənc ikən evləndiyin arvadınla xoşbəxt yaşa!
19Sevimli maralın, gözəl ceyranın Həmişə səni öz döşləri ilə doydursun, Onun eşqi ilə məst ol.
20Oğlum, niyə əxlaqsız qadınla məst olmalısan, Yad arvadı qoynuna almalısan?
21İnsanların yolları Rəbbin gözü qarşısındadır, Onların hər addımlarını yoxlayır.
22Şər insan öz təqsirlərinə görə tutular, Günahının kəməndinə dolanar.
23Tərbiyəsizliyi üzündən həlak olar, Hədsiz səfehliyi üzündən azar.
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath