Xristianlıq
geri

MİKEYA 5

1Ey qoşunlar qızı, indi qoşunlarını topla! Bizi dövrəyə alıblar, İsrail hökmdarının üzünə dəyənəklə vuracaqlar.

2Rəbb deyir: «Ey Bet-Lexem Efrata, sən Yəhuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün İsrail üzərində Hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, Zamanın başlanğıcına gedir».

3Hamilə qadın doğana qədər Rəbb Öz xalqını təslim edəcək. İsrail övladlarının yanına Qalan qohumları qayıdacaq.

4Bu hökmdar Allahı Rəbbin əzəmətli adı ilə qalxacaq, Rəbbin gücü ilə sürüsünü otaracaq. Çünki yer üzünün qurtaracağınadək hər yerdə o böyük olacaq,

5Xalq onun bəxş etdiyi sülhlə yaşayacaq. Qurtuluş və cəza Əgər Aşşurlular ölkəmizə gələrsə, Qalalarımıza ayaq açarlarsa, Onlara qarşı başçılarımız – Xalqımızdan olan çoxlu rəhbərlərimiz çıxar.

6Qılıncla Aşşur torpaqlarını, Nəmrud ölkəsini viran edəcəklər. Aşşurlular torpağımıza gələndə, Sərhədimizi keçəndə Bizi rəhbərlərimiz qurtaracaq.

7Yaqub nəslinin sağ qalanları Çoxlu xalqlar arasında Heç kimi gözləmədən, Bəşər övladlarından asılı olmadan Rəbbin göndərdiyi şeh tək, Ot üzərinə tökülən leysan kimi olacaq.

8Yaqub nəslinin sağ qalanları Çoxlu xalqların, millətlərin arasında Sanki meşə heyvanları arasındakı şir, Qoyun sürüsü arasındakı gənc aslandır. Sürünün içinə girsə, didib dağıdar, Heç kəs ondan qurtula bilməz.

9Əlin düşmənlərin üzərinə qalxacaq, Ey İsrail, yağıların məhv olacaq!

10«Gün gələcək» Rəbb bəyan edir, «Atlarınızı qıracağam, Döyüş arabalarınızı yox edəcəyəm.

11Ölkənizdəki şəhərləri darmadağın edəcəyəm, Bütün qalalarınızı yerlə yeksan edəcəyəm.

12Əlinizdəki cadugərliyi məhv edəcəyəm, Sizdə gələcəyideyənlər bir daha olmayacaq.

13Sizin bütlərinizi qıracağam, Daş sütunlarınızı söküb-dağıdacağam. Əllərinizlə düzəltdiyiniz əşyaya Artıq səcdə etməyəcəksiniz.

14Sizin Aşera bütlərinizi qırıb-dağıdacağam. Şəhərlərinizi viran qoyacağam.

15İtaətsiz millətlərdən qəzəblə, hiddətlə qisas alacağam».

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath