MƏRSİYƏLƏR 5
1Ya Rəbb, başımıza gələni yada sal Gör bu xəcalətimizi, buna nəzər sal.
2İrs torpağımız yadellilərin əlinə keçib, Evlərimiz əcnəbilərə verilib.
3Atalarımız öldü, yetim qaldıq, Analarımız dul qaldı.
4Suyumuzu pulla alıb içirik, Pulla odun almağa məcburuq.
5Bizi qovub başımızdan basırlar, Yorulmuşuq, bizi rahat qoymurlar.
6Doyunca çörək yemək üçün Misirə, Aşşura əl açmışıq.
7Ata-babalarımız günah işlədərək keçib-getdi, Təqsirlərinin cəzası üstümüzə yükləndi.
8Qullar bizə hökmran olub, Bizi onların əlindən qurtaran yoxdur.
9Çöldəki qılınca görə, Canımız bahasına çörək qazanırıq.
10Aclıq bizi yandırıb-yaxdığına görə Dərimiz qaralıb, kürəyə bənzəyir.
11Sionda qadınlar, Yəhuda şəhərlərindəki bakirə qızlar zorlanır.
12Başçılar əllərindən asılıb, Ağsaqqallar hörmətdən düşüb.
13Məcburiyyət qarşısında cavanlar əl dəyirmanını çəkir, Oğlanlar odun yükləri altında səndələyir.
14Şəhər darvazasında ağsaqqallar oturmur, Gənclər çalğı alətlərində çalmır.
15Ürəyimizdən şadlıq çəkilib, Oyunlarımız yasa çevrilib.
16Başımızın tacı düşüb, Vay halımıza! Çünki günah işlətmişik.
17Buna görə ürəklərimiz çəkilib, Gözlərimiz qaralıb,
18Çünki Sion dağı viran qalıb, Üstündə tülkülər gəzib-dolaşır.
19Sən isə, ya Rəbb, əbədi hökmransan, Nəsildən-nəslə qədər taxtında oturacaqsan.
20Uzun zamandan bəri niyə bizi bu qədər tərk etmisən? Niyə bizi bu qədər uzun müddətə tərk etmisən?
21Ya Rəbb, bizi Özünə qaytar, Təzədən əvvəlki günlərimizə qayıdaq!
22Yoxsa hüzurundan bizi tamamilə atmısan, Bizə qarşı hədsiz qəzəblənmisən?
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath