ƏYYUB 28
1Gümüşün mədəni, Qızılın təmizlənmə yeri var.
2Dəmir torpaqdan çıxarılır, Mis daşlardan əridilərək alınır.
3İnsan qaranlığa son qoyur, Sonacan qatı qaranlıqda, zülmətdə filiz axtarır.
4İnsan məskənlərindən uzaq bir çuxur açır, İnsan ayağı dəyməyən yerlərdə, İnsanlardan uzaqlarda ilişib yellənə-yellənə qalır.
5Torpaqdan çörək çıxır, Torpağın altı isə fırlanır, elə bil odlar yanır.
6Qayalarından göy yaqut çıxır, Orada qızıl tozu da var.
7Oranın yolunu yırtıcı quşlar bilmir, Şahinin gözü oranı görməyib.
8Ora məğrur heyvanların ayağı dəyməyib, Yırtıcı aslanlar oradan keçməyib.
9Mədənçi əlini çaxmaq daşına uzadır, Dağları dibindən oynadır.
10Qayalardan yeraltı keçidlər açır, Gözləri müxtəlif qiymətli şeylərə baxır.
11Çayların mənbələrini bağlayır, Gizlini aşkara çıxarır.
12Amma hikməti haradan tapmaq olar? Müdrikliyin yeri hanı?
13İnsan onun qiymətini bilməz, Dirilər arasında ona rast gəlməz.
14Dərinliklər deyər: “Məndə yoxdur”, Dəniz deyər: “Yanımda yoxdur”.
15Saf qızıl onu əvəz edə bilməz, Qiyməti gümüşlə ölçülməz.
16Onu Ofir qızılı ilə qiymətləndirmək olmaz, Onu qiymətli damarlı əqiqlə, göy yaqutla dəyərləndirmək olmaz.
17Nə qızıl, nə də gözəl cam ona tay deyil, Hikmət saf qızıl qablarla əvəz edilmir.
18Yanında mərcanın, büllurun adı çəkilməz, Hikmətin qiyməti yaqutdan artıqdır.
19Kuş topazı onun tayı deyil, Onun dəyəri saf qızılla ölçülməz.
20Bəs hikmət haradan gəlir? Müdrikliyin yeri hanı?
21O bütün canlıların gözündən uzaqdır, Göydə uçan quşlardan belə, gizli qalır.
22Həlak yeri ilə ölüm belə deyir: “Qulaqlarımız yalnız sorağını eşidir”.
23Onun yolunu Allah dərk edir, Yerini yalnız O bilir.
24Çünki yer üzünün ucqarlarına qədər baxır, Göylərin altındakı hər şeyi görür.
25Küləyin gücünü təyin edəndə, Suları ölçəndə,
26Yağışa qanun qoyanda, Şimşəyə yol açanda
27Hikmətə baxıb qiymət qoydu, Onu bərqərar edib araşdırdı.
28İnsana dedi: “Rəbb qorxusu hikmətdir, Pislikdən çəkinmək müdriklikdir”».
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath