ƏYYUB 14
1Qadından doğulan insanın ömrü azdır, Həyatı sıxıntı ilə doludur.
2Çiçək kimi açar, solar, Kölgə kimi keçib-gedər.
3Gözlərini beləsinəmi dikirsən? Mühakimə etmək üçünmü məni hüzuruna gətirirsən?
4Kim çirkab içindən təmiz bir şey tapar? Heç kim!
5İnsana ömür günləri müəyyən edilib, Aylarının sayını Sən bilirsən, Ömrü üçün müəyyən hədd qoymusan, Bu həddi keçən yoxdur.
6Sən ondan gücünü çək, İş gününü bitirən zəhmətkeş kimi Bir az dincəlsin.
7Bir ağac üçün ümid var, Kəsilsə belə, yenə pöhrəsini verər, Şaxələri əskilməz.
8Kökü yerdə qocalsa da, Kötüyü torpaqda məhv olsa da,
9Suyun iyini duyanda çiçəklənər, Cavan ağac kimi şaxələnər.
10Amma insan ölər, dəfn olunar, Son nəfəsini verər, yox olar.
11Dəniz suları çəkilib getdiyi kimi, Çaylar azalıb quruduğu kimi
12İnsan da yatar, bir daha qalxmaz, Göylər yox olanadək oyadılmaz, Yuxularından ayılmaz.
13Kaş ki məni ölülər diyarında gizlədəydin, Qəzəbin keçənədək saxlayaydın, Mənə möhlət verəydin, Sonra məni yada salaydın.
14İnsan ölsə, dirilərmi? Növbəm çatanacan Bu əzabdan qurtulmaq üçün hər gün gözləyəcəyəm.
15Sən çağıranda cavab verəcəyəm, Əllərinin bu işinin həsrətini çəkəcəksən.
16O zaman addımlarımı sayacaqsan, Günahımı nəzərə almayacaqsan.
17Üsyankarlığım torbada möhürlənəcək, Günahımın üstünü örtəcəksən.
18Amma dağın uçub dağılması kimi, Qayanın yerindən qopması kimi,
19Su daşları yuvarladığı kimi, Sellər torpağı yuyub apardığı kimi Sən də insanın ümidini yox edirsən.
20Onu əbədi məğlub edirsən, o köçüb gedir. Görkəmini dəyişdirib yola salırsan.
21Övladları şərəflənəndə də onun xəbəri olmaz, Düşkün hala düşəndə də heç nəyi başa düşməz.
22Hamı öz canının ağrısını duyur, Yalnız özü üçün yas tutur».
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath