Xristianlıq
geri

YƏHYA 2

1Bunun üçüncü günü Qalileyanın Qana kəndində toy oldu. İsanın anası orada idi.

2İsa ilə şagirdləri də toya çağırılmışdı.

3Şərab qurtaranda anası İsaya dedi: «Şərabları qalmadı».

4İsa dedi: «Ay ana, Məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb».

5Anası xidmətçilərə dedi: «Sizə nə desə, edin».

6Yəhudilərin paklanma mərasimi üçün orada hər biri iki-üç ölçü su tuta bilən altı daş küp var idi.

7İsa xidmətçilərə dedi: «Küpləri su ilə doldurun». Onları ağzına qədər doldurdular.

8O, xidmətçilərə dedi: «İndi bir az götürüb toyağasına aparın». Onlar da apardı.

9Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi:

10«Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan».

11İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi.

12Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı.

13Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi.

14Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü.

15İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü,

16göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin».

17Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar.

18Sonra Yəhudi başçıları Ondan soruşdular: «Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?»

19İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram».

20Onda Yəhudi başçıları dedilər: «Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?»

21Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu.

22İsa ölülər arasından dirildiyi zaman şagirdləri Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın söylədiyi sözə inandılar.

23İsa Pasxa bayramı zamanı Yerusəlimdə olanda göstərdiyi əlamətləri görən bir çox adam Onun adına iman etdi.

24Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi.

25Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath