YEŞAYA 61
1Xudavənd Rəbbin Ruhu üzərimdədir, Çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün, Əsirlərə azadlıq, Dustaqlara sərbəstlik elan etmək üçün,
2Rəbbin lütf ilini, Allahımızın qisas gününü bəyan etmək üçün, Yaslıların hamısına təsəlli vermək üçün,
3Sionda yas tutanları təmin etmək, Kül yerinə çələng, Yas yerinə sevinc gətirən məsh yağı, Kədərli ruh əvəzinə Həmd libasını bəxş etmək üçün Rəbb məni göndərdi. Rəbbin şöhrətini aşkar etmək üçün Onlara Rəbbin əkdiyi salehlik palıdları deyiləcək.
4Onlar qədim dağıntıları inşa edəcək, Əvvəlki xarabalıqları bərpa edəcək, Nəsillər boyu viranə qalmış şəhərləri yenidən quracaq.
5Yadellilər gəlib sürülərinizi otaracaq, Əcnəbilər sizə əkinçilik və bağbanlıq edəcək.
6Sizsə Rəbbin kahinləri, Allahımızın xidmətçiləri adlanacaqsınız. Millətlərin sərvəti ilə bəslənəcəksiniz, Var-dövlətləri ilə fəxr edəcəksiniz.
7Çəkdiyiniz xəcalət yerinə ikiqat şərəf, Rüsvayçılıq əvəzinə payınızı alıb sevinəcəksiniz. İndi isə torpağınızda ikiqat mülk alacaqsınız, Sevinciniz əbədi olacaq.
8Çünki Mən Rəbb ədaləti sevirəm. Soyğunçuluğa, haqsızlığa nifrət edirəm. Əlbəttə, əməllərinə görə onlara haqqını verəcəyəm, Onlarla əbədi əhd kəsəcəyəm.
9Nəsillərindən törəyənlər millətlər içində, Övladları xalqlar arasında tanınacaq. Onları görən hər kəs biləcək ki, Rəbb nəsillərinə xeyir-dua verdi.
10Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, Çünki çələnglə bəzənmiş bəy kimi, Bər-bəzək taxmış gəlin kimi Mənə qurtuluş paltarı geyindirdi, Salehlik libası ilə bürüdü.
11Torpaq zoğlarını necə cücərdirsə, Bağ əkilən toxumları necə yetişdirirsə, Xudavənd Rəbb də bütün millətlər qarşısında Salehliyi və həmdi belə yetişdirəcək.
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath