YEŞAYA 56
1Rəbb belə deyir: «Ədaləti qoruyun, salehliyə əməl edin. Çünki xilasım yaxındadır, Salehliyim tezliklə aşkar olunacaq.
2Bunu edən insan, Buna itaət edən bəşər oğlu nə bəxtiyardır! Şənbə gününü tutar, murdarlamaz, Hər cür şərdən qorunar.
3Qoy Rəbbə bel bağlayan heç bir yadelli deməsin: “Əlbəttə, Rəbb məni Öz xalqından ayıracaq”. Qoy heç bir xədim deməsin: “Mən quru bir ağacam”».
4Çünki Rəbb belə deyir: «Şənbə günlərimə riayət edən, Mənə xoş gələni seçən, Əhdimə itaət edən xədimlərə
5Evimdə, divarlarımın arasında Oğul və qızlardan daha da yaxşı olan Xatirə və ad verəcəyəm. Onlara silinməz, əbədi bir ad verəcəyəm.
6Rəbbə xidmət etmək, Onun adını sevmək, Onun qulu olmaq üçün Şənbə gününə riayət edən, o günü murdarlamayan, Əhdimə itaət edən, Rəbbə bel bağlayan bütün yadelliləri
7Müqəddəs dağıma gətirib Dua evimdə sevindirəcəyəm. Onların gətirdikləri Yandırma qurbanları, bütün qurbanlar Qurbangahımda qəbul olunacaq. Çünki Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq».
8İsrailin əsir düşmüş övladlarını toplayan Xudavənd Rəbb belə bəyan edir: «Mən hələ toplanmışların yanına başqalarını da yığacağam».
9Ey bütün çöl heyvanları, Ey bütün meşə heyvanları, Gəlin yeməyə!
10Xalqımın bütün gözətçiləri kordur, cahildir! Onların hamısı hürə bilməyən lal itlərdir, Yuxu görürlər, uzanırlar, Yatmağı sevirlər!
11Acgöz, azğın köpəklərdir bunlar, Axmaq çobanlardır bunlar! Hər kəs öz yolu ilə gedir, Hər biri öz xeyrini güdür!
12Bir-birlərinə deyirlər: «Gəlin, şərab gətirək, Bol-bol kefləndirici içki içək! Sabahkı gün də bu gün kimi, Hətta bundan da çox yaxşı olacaq!»
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath