Xristianlıq
geri

HUŞƏ 14

1Allahın Rəbbə üz tut, ey İsrail, Çünki günahlarından ötrü büdrədin.

2Dua sözləri ilə Rəbbə tərəf dönün. Ona belə deyin: «Hər qəbahətimizi bağışla, Bizi mərhəmətlə qəbul et. Buğalar yerinə ağzımızdan çıxan Şükürləri təqdim edirik.

3Aşşur bizi xilas etməyəcək, Atların belinə minməyəcəyik, Artıq əl işlərimizə “Allahlarımız” deməyəcəyik. Çünki yetim Səndən mərhəmət görəcək».

4«Onların dönüklüyünə əlac edəcəyəm, Onları ürəkdən sevəcəyəm, Çünki qəzəbim onlardan vaz keçdi.

5Mən İsrailə bir şeh olacağam, O, zanbaq kimi çiçək açacaq, Livan sidri kimi kök atacaq.

6Qollu-budaqlı olacaq, Zeytun ağacı kimi gözəl olacaq, Livan sidri kimi ətir saçacaq.

7Adamlar yenə də kölgəsi altında oturub Buğda kimi cücərəcək, Meynə kimi tumurcuqlayacaq, Şöhrəti Livan şərabı kimi olacaq.

8Efrayim deyəcək: “Artıq bütlər nəyimə gərəkdir?” Mən onun səsini eşidəcəyəm, Ona nəzər salacağam. Mən həmişəyaşıl şam kimiyəm, Sənin bar verməyin Məndən gələcək.

9Kim müdrikdirsə, bu sözləri dərk etsin, Kim dərrakəlidirsə, bunları başa düşsün. Çünki Rəbbin yolları düzdür. Salehlər o yollarla gedir, Ancaq üsyankarlar o yollarda büdrəyir».

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath