HUŞƏ 11
1İsrail uşaq ikən onu sevdim, Öz oğlumu Misirdən çağırdım.
2Peyğəmbərlər İsraili çağırdıqca İsrail onlardan uzaqlaşdı. Baal bütlərinə qurban kəsdilər, Oyma bütlərə buxur yandırdılar.
3Efrayimə gəzməyi Mən öyrətdim, Onları qollarım üstünə aldım. Ancaq bilmədilər ki, Onlara Mən şəfa verdim.
4Onları insani tellərlə, Sevgi bağları ilə Özümə çəkdim. Onlar üçün çənələrindən boyunduruğu qaldıran Bir kəs oldum, Əyilib onlara yemək verdim.
5Məgər Misirə qayıtmayacaqlar? Aşşur onlara padşah olmayacaq? Çünki onlar Mənə üz tutmaq istəmədilər.
6Şəhərlərinin içində qılınc fırlanacaq, Onların qapı sürgülərini qıracaq. Fitnələri üzündən onları yeyib-qurtaracaq.
7Xalqım Məndən üz döndərməyi qərara alıb. Haqq-Taalanı çağırsalar da, Onları heç vaxt ucaltmayacaq.
8Ey Efrayim, səni necə əldən verim? Ey İsrail, səni necə təslim edim? Admaya etdiyimi sənə necə edim? Səni necə Sevoyim kimi edim? Köksümdə ürəyim alt-üst oldu, Mərhəmət hisslərim alovlandı.
9Mən qızğın qəzəbimlə rəftar etmərəm, Efrayimi artıq məhv etmərəm. Çünki Mən Allaham, insan deyiləm, Aranızda Müqəddəs Olanam. Qəzəblə üzərinizə gəlmərəm.
10Onlar aslan kimi nərə çəkən Rəbbin arxasınca gedəcək. O nərə çəkəndə Övladları qərbdən titrəyərək gələcək.
11Misirdən quşlar kimi, Aşşur ölkəsindən göyərçinlər kimi Titrəyərək gələcəklər. Onları evlərində sakin edəcəyəm» Rəbb belə bəyan edir.
12Efrayim yalanla, İsrail nəsli hiylə ilə Ətrafımı bürüdü. Amma Yəhuda hələ də Allahla birgə gedir, Müqəddəs Olana sadiqdir.
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath