Xristianlıq
geri

YARADILIŞ 10

1Nuhun oğulları Sam, Ham və Yafəsin nəsil tarixçəsi belədir. Daşqından sonra onların oğulları oldu.

2Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşek və Tiras.

3Qomerin oğulları: Aşkenaz, Rifat və Toqarma.

4Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Dodanim.

5Onların nəsilləri adalara, öz torpaqlarına yayıldı. Öz millətlərinin arasında dillərə və qəbilələrə ayrıldı.

6Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan.

7Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan.

8Kuşun Nəmrud adlı bir oğlu da oldu. O, yer üzündə ilk qüdrətli adam oldu.

9Nəmrud Rəbbin önündə mahir bir ovçu idi, buna görə də xalqın arasında «Rəbbin önündə Nəmrud kimi mahir ovçu» sözü deyilir.

10Əvvəlcə onun padşahlığına Şinar ölkəsində olan Babil, Erek, Akkad və Kalne daxil idi.

11O bu torpaqdan Aşşur torpağına köçüb, Ninevanı, Rexovot-İri, Kelahı,

12Nineva ilə böyük şəhər olan Kelahın arasındakı Reseni tikdi.

13Misrayimin nəsilləri bunlardır: Ludlular, Anamlılar, Lehavlılar, Naftuhlular,

14Patroslular, Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular.

15Kənanın nəsilləri bunlardır: ilk oğlu Sidon, Xet,

16həmçinin Yevuslular, Emorlular, Qirqaşlılar,

17Xivlilər, Arqlılar, Sinlilər,

18Ervadlılar, Semarlılar və Xamatlılar. Sonralar Kənan qəbilələri ətraf yerlərə yayıldı.

19Kənanlıların ərazisi Sidondan Gerara tərəf Qəzzəyə qədər, Sodoma, Homorraya, Admaya, Sevoyimə tərəf Leşaya qədər uzanırdı.

20Bunlar öz ölkələrində və millətlərinin arasında qəbilələrinə və dillərinə görə ayrılan Ham oğulları idi.

21Everin bütün oğullarının əcdadı və böyük olan Yafəsin qardaşı Samın da oğulları oldu.

22Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud və Aram.

23Aramın oğulları: Us, Xul, Geter və Maş.

24Arpakşaddan Şelah törədi, Şelahdan Ever törədi.

25Everin iki oğlu oldu: birinin adı Peleq idi, çünki onun dövründə yer üzü bölündü. Qardaşının adı Yoqtan idi.

26Yoqtandan Almodad, Şelef, Xasarmavet, Yerah,

27Hadoram, Uzal, Diqla,

28Oval, Avimael, Səba,

29Ofir, Xavila və Yovav törədi; bunların hamısı Yoqtanın oğulları idi.

30Onlar şərqdə – Meşadan Sefara tərəf yerləşən dağlıq bölgədə məskən salmışdı.

31Bunlar öz ölkələrində və millətləri arasında qəbilələrinə və dillərinə görə ayrılan Sam oğulları idi.

32Öz millətləri arasında nəsillərinə görə Nuh oğullarının qəbilələri bunlardır. Daşqından sonra onların nəsillərindən yer üzünə millətlər yayıldı.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath